Sabunçu və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
Əsəd Abbaslı
Bakının Sabunçu rayonunun, Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Qaradağ rayonu, “Ələt” QPS-də baypas xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin əvəz olunması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin, Qaradağ rayonu üzrə isə Ələt qəsəbəsinin, Qobustan qəsəbəsinin Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net