MEDİA və AzTV-nin birgə layihəsi olan "MEDİALAB” televiziya proqramına start verilib
Əsəd Abbaslı
Bu gündən etibarən Medianın İnkişafı Agentliyi və AzTV-nin birgə təşkilatçılığı ilə "MEDİALAB" televiziya proqramına start verilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Layihənin keçirilməsində əsas məqsəd informasiya yaradılması və ötürülməsi prosesində texnologiyaların geniş tətbiqi nəticəsində xüsusilə mürəkkəbləşən rəqəmsal media mühitində dezinformasiyaya qarşı ictimai müqavimətin gücləndirilməsi və media savadlılığının artırılması, həmçinin peşəkar medianın bu sahədə maarifləndirici funksiyasının və proaktiv rolunun gücləndirilməsidir.
Qeyd edək ki, "MEDİALAB" proqramı hər çərşənbə axşamı saat 19:30-da AzTV-də yayımlanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net