Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib
Əsəd Abbaslı
Rusiyanın Tehrandakı səfirliyi İsrailin İran ərazisinə zərbə endirmə ehtimalına görə İrandakı ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.
"Operativ Media" xəbər verir ki, “İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, - diplomatik missiyanın bəyanatında deyilir.
Diplomatik nümayəndəlik həmçinin Rusiya vətəndaşlarına səfirliyin resursları haqqında məlumatları mütəmadi olaraq izləməyi tövsiyə edib.
Qeyd edək ki, İsrail Baş Qərargahı hücuma cavab verməklə vaxt və sürpriz seçəcəyini vəd edib və İranın ali dini lideri Ayətullah Əli Xamenei bu halda İsrailə hücumların daha da genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib.