Menyu

Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib

Əsəd Abbaslı
Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson Kiyevə Amerika büdcəsindən əlavə maliyyə yardımının ayrılması ideyasını dəstəkləmir.

"Operativ Media" xəbər verir ki, bu fikirləri ABŞ hökumətində üçüncü ən mühüm vəzifəni tutan nüfuzlu qanunverici Punchbowl News portalına müsahibəsində deyib.

"Ukraynanın daha çox maliyyələşdirilməsinə iştahım yoxdur və ümid edirəm ki, buna ehtiyac olmayacaq", - o bildirib.

Eyni zamanda o, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna böhranının nizamlanmasını təmin edə biləcəyi fikrini bildirib.

Teqlər:

"Mayk Conson Kiyev\u0259 \u0259lav\u0259 yard\u0131m\u0131 d\u0259st\u0259kl\u0259m\u0259y\u0259c\u0259yini bildirib"

Əlaqəli Xəbərlər