Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
Əsəd Abbaslı
Donetsk Xalq Respublikasının (DXR) Qorlovka şəhərində yanğını söndürən Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri Ukraynaya məxsus pilotsuz uçan aparatın hücumuna məruz qalıb.
"Operativ Media" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən TASS-a verilən məlumata görə, iki əməkdaş xəstəxanaya yerləşdirilib.
“Qorlovkada yanğınla mübarizə aparılarkən Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları PUA-nın hücumuna məruz qalıblar”, - deyə idarədən bildirilib.
Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, "Bölməyə qayıdan iki əməkdaş özünü pis hiss edib.Onlar xəstəxanaya yerləşdirilib və hazırda həyatları təhlükə altında deyil”, - nazirlik qeyd edib.