Menyu

ABŞ Rumıniyadakı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ Rumıniyadakı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-nin Rumıniyadakı səfirliyi ölkədə olan Amerika vətəndaşlarını cümə günündən bazar gününədək dini müəssisələrin yaxınlığında mümkün təhlükələr barədə xəbərdar edib.

“Operativ Media” xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında məlumat verilib.

“ABŞ səfirliyi 11-13 oktyabr tarixlərində Rumıniyada sinaqoqlara, məbədlərə və ya məscidlərə qarşı potensial təhlükələr barədə məlumat alıb. Səfirlik ABŞ vətəndaşlarını bu dövrdə Rumıniyada dini müəssisələrin yaxınlığında çox ehtiyatlı olmağa çağırır”, – məlumatda qeyd olunur.

“Hazırda Rumıniya İnformasiya Xidmətinin (RİX, dövlət təhlükəsizliyinə cavabdehdir – red.) terror təhlükəsi səviyyəsinin artırılmasını tələb edəcək məlumatı və ya informasiyası yoxdur”, – RİX-in nümayəndəsi Ovidiu Marinça bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər