Menyu

Cənubi Koreya: Şimali Koreya vətəndaşlarımızın təhlükəsizliyinə zərər vurarsa rejiminin sonuncu günü olacaq

Əsəd Abbaslı
Cənubi Koreya: Şimali Koreya vətəndaşlarımızın təhlükəsizliyinə zərər vurarsa rejiminin sonuncu günü olacaq

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ordusu Cənubi Koreya vətəndaşlarının təhlükəsizliyini təhdid edərsə, “rejimin sonu” ilə üzləşəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz açıq şəkildə xəbərdar edirik ki, Şimali Koreyanın vətəndaşlarımızın təhlükəsizliyinə zərər vurduğu gün onun rejiminin sonuncu günü olacaq”, - deyə bəyanatda qeyd edilib.

Rəsmi Seul hesab edir ki, KXDR lideri Kim Çen Inın bacısı Kim Yo-Conqun bəyanatları bu ölkənin ikiüzlü davranışını nümayiş etdirir.

Qeyd edək ki, KXDR liderinin bacısı Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatlarının Pxenyan səmasında yenidən aşkar ediləcəyi təqdirdə Seulun “faciəli nəticələrlə” üzləşəcəyini bildirib.

Teqlər:

"C\u0259nubi Koreya: \u015eimali Koreya v\u0259t\u0259nda\u015flar\u0131m\u0131z\u0131n t\u0259hl\u00fck\u0259sizliyin\u0259 z\u0259r\u0259r vurarsa rejiminin sonuncu g\u00fcn\u00fc olacaq"

Əlaqəli Xəbərlər