Menyu

Netanyahu BMT-dən sülhməramlıların Livandakı döyüş bölgəsindən çıxarılmasını tələb edib

Əsəd Abbaslı
Netanyahu BMT-dən sülhməramlıların Livandakı döyüş bölgəsindən çıxarılmasını tələb edib
1 dəq oxu

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşə müraciət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Netanyahunun Baş Nazirlik Ofisindən yaydığı videomüraciətdə qeyd edilib.

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşə müraciət edərək, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarının Livan-İsrail sərhədi bölgəsindəki döyüş bölgəsindən dərhal çıxarılmasını tələb edib.

"Cənab Baş katib, UNIFIL qüvvələrini hücumdan geri çəkin. Bu, dərhal, təxirə salınmadan edilməlidir", -videomüraciətdə bildirilib.

Qeyd edək ki, BMT-nin Livandakı qüvvələri 48 ölkədən 11 minə yaxın əsgər və mülki işçidən ibarətdir.

Onlar həmin məkana BMT Təhlükəsizlik Şurasının 1978-ci il mart tarixli qətnaməsinə uyğun olaraq yerləşdirilib.

Əlaqəli Xəbərlər