Menyu

Çin Ticarət Nazirliyi Avropa İttifaqına xəbərdarlıq edib

Əsəd Abbaslı
Çin Ticarət Nazirliyi Avropa İttifaqına xəbərdarlıq edib

Çinin Ticarət Nazirliyi Çinlə Avropa arasında elektromobil ticarəti ilə məşğul olan bəzi şirkətlərlə ayrıca qiymət danışıqlarının aparılmasına görə Avropa İttifaqına xəbərdarlıq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə “TASS” idarənin bəyanatına istinadən yazıb.

Qeyd olunub ki, əgər Avropa Çin tərəfi ilə məsləhətləşmə fonunda bəzi müəssisələrlə qiymət öhdəlikləri üzrə ayrıca danışıqlar apararsa, bu, dialoqun və qarşılıqlı etimadın təməlini sarsıdacaq.

Bəyanatda həmçinin deyilir: “Brüsselin bu cür hərəkətləri məsləhətləşmələrin gedişinə maneələr yaradacaq. Biz Avropa İttifaqını tam səmimiyyət nümayiş etdirməyə və davam edən danışıqlara əsaslanaraq bütün tərəflər üçün məqbul həllə nail olmağa çağırır”.

Vurğulanıb ki, Çin şirkətləri ölkənin ticarət palatasına bütün sənayenin mövqeyini əks etdirən qiymət öhdəliyi təklifi irəli sürmək səlahiyyəti verib. Bu, Pekinin fikrincə, davam edən ikitərəfli məsləhətləşmələr üçün əsasdır.

Qeyd edək ki, oktyabrın əvvəlində Aİ Çinin elektrik avtomobilləri üçün tarifləri 35%-ə qaldırıb. Buna cavab olaraq Çin Avropa İttifaqının kənd təsərrüfatı məhsullarına qarşı antidempinq araşdırması elan edib və Avropanın iri mühərrikli avtomobillərinə rüsumları artırmağı nəzərdən keçirir.

Teqlər:

"\u00c7in Ticar\u0259t Nazirliyi Avropa \u0130ttifaq\u0131na x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər