Menyu

Rusiya Odessa limanını vurub

Əsəd Abbaslı
Rusiya Odessa limanını vurub

“Oktyabrın 14-də Rusiya qoşunları yenidən ballistik raketlərlə Odessanın liman infrastrukturuna hücum edib. Bir həlak olan, səkkiz yaralı var”.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirin ərazi bərpası üzrə müavini Aleksey Kuleba “Telegram” kanalında yazıb.

“Bir həftə əvvəl gəmi ballistik hücum nəticəsində artıq zədələnmişdi. O vaxt əcnəbilər - ekipaj üzvləri zərər çəkdi. Bu gün başqa bir gəmi - Beliz bayrağı altında “NS Moon” gəmisi zədələnib”, - deyə Baş nazirin müavini qeyd edib.

Hücum zamanı taxıl anbarına, yük kranlarına, anbarlara, avadanlıqlara, Dəniz Limanları Administrasiyasının filialının binalarına, avtomobillərə ziyan dəyib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

“Həkimlər bütün lazımi yardımı göstərirlər. Bütün yaralılar və həlak olan liman infrastrukturunun işçiləri, Ukrayna vətəndaşlarıdır”, - deyə Kiper vurğulayıb.

Teqlər:

"Rusiya Odessa liman\u0131n\u0131 vurub"

Əlaqəli Xəbərlər