Ana səhifə / Dünya / Ararat Mirzoyan "3+3" tədbiri üçün İstanbula gedəcək Ararat Mirzoyan "3+3" tədbiri üçün İstanbula gedəcək 15.10.2024, 18:10 Əsəd Abbaslı "3+3" platformasının növbəti toplantısı İstanbulda keçiriləcək. "Operativ Media" xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin xarici işlər naziri Hakan Fidan yayıb. Onun sözlərinə görə, tədbirə Azərbaycan, Ermənistan, Rusiya və İran XİN rəhbərləri də qatılacaq. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Sputnik Ermənistan"a nazir Ararat Mirzoyanın tədbirdə iştirak edəcəyini təsdiqləyib. Xatırladaq ki, "3+3" tədbiri oktyabrın 18-də baş tutacaq. Teqlər: "Ararat Mirzoyan \"3+3\" t\u0259dbiri \u00fc\u00e7\u00fcn \u0130stanbula ged\u0259c\u0259k"