Məşhur internet resurslarının işinə nəzarət edən Downdetector xidmətinin məlumatlarına əsasən, App Store-da nasazlıq baş verib.
"Operativ Media" xəbər verir ki, Apple Store və Apple Dəstək xidmətlərində də fasilələr olduğu barədə məlumatlar var.
Apple xidmətlərində problemlər ABŞ (3,5 mindən çox şikayət), Rusiya (3 mindən çox), Böyük Britaniya (1 mindən çox) və digər ölkələrdə qeydə alınıb.
Eyni zamanda, problem görənlərin 80%-i serverə qoşulmada çətinliklə üzləşib, 12%-i veb-versiyadan istifadə edə bilməyib, 9%-i isə giriş məlumatlarını daxil edə bilməyib.
Teqlər:
"Apple xidm\u0259tl\u0259rind\u0259 problem yaran\u0131b"