"Qarabağ" antirekorda imza atdı

Əziz Əzizli
"Qarabağ" antirekorda imza atdı
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda Fransanın "Lion" komandasına 1-4 hesabı ilə məğlub olub.

"Operativ Media" xəbər verir ki, bu, Azərbaycan təmsilçisinin avrokuboklarda doğma meydanda ardıcıl 5-ci məğlubiyyəti olub.

"Qarabağ" bu il evdə  "Ludoqorets"ə 1-2, "Dinamo Zaqreb"ə 0-2, "Malmö"yə 1-2, "Ayaks"a 0-3 və "Lion"a 1-4 hesabı ilə məğlub olub.

"Atlılar" ardıcıl 5 ev oyununda da məğlub olaraq antirekorda imza atıb.

Digər xəbərlər