Menyu

XİN Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yayıb

Redaksiya
XİN Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yayıb

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. 

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.  

Allah şəhidimizə rəhmət eləsin!

Teqlər:

"XİN Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yayıb"

Əlaqəli Xəbərlər