Menyu

Ukrayna 30 min PUA alacaq

Nərmin Qocamanlı
Ukrayna 30 min PUA alacaq

Beynəlxalq koalisiya Ukrayna ordusunun ehtiyacları üçün 30 min PUA təmin edəcək. 

“Operativ Media” xəbər verir ki, bu barədə Böyük Britaniya və Latviya müdafiə nazirləri Con Hili və Andris Spruds 25-ci Qərb ölkələri silah tədarükünün koordinasiyası üzrə qrupun iclası zamanı məlumat veriblər.

İclas Almaniyanın Ramştayn hava bazasında keçirilir. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən yayımlanan açıqlamada bildirilir ki, 30 min PUA üçün maliyyə dəstəyi Böyük Britaniya, Danimarka, Niderland, Latviya və İsveç tərəfindən təmin edilib.

Qeyd edək ki, PUA-ların Ukrayna ehtiyacları üçün hazırlanması və alışı üzrə koalisiya ötən ilin noyabrında Böyük Britaniya və Latviya tərəfindən yaradılıb. Ümumilikdə koalisiyanın fonduna 90 milyon dollar ayrılıb ki, bunun təqribən 19 milyon-u Böyük Britaniyanın maliyyə dəstəyinə aiddir.

 

Fatimə Lətifova

Teqlər:

"Ukrayna 30 min PUA alacaq"

Əlaqəli Xəbərlər