BMT Qəzzanın ərzaq çatışmazlığı ilə üzləşdiyini bildirib
"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında deyilir.
"Qəzza əhalisini üç aydan çox müddətdir 120 min ton ərzaq yardımı bölgədən kənarda qalıb. Çünki İsrail səlahiyyətliləri ərzaq yardımının çatdırılması üçün əksər müraciətləri əngəlləməkdə davam edir" - deyə hesabatda qeyd olunub.