
Xəbər verdiyimiz kimi, Los-Ancelesi bürüyən yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub. 180 min nəfərə yanğınlar səbəbindən təxliyə olunmaq göstərişi verilib.
Son məlumatlara görə, Los-Anceles dairəsində hazırda ümumi sahəsi 11,7 min hektar olan beş yanğın baş verir, yanğınsöndürənlər onlardan yalnız ikisini qismən lokallaşdıra biliblər. Alov 1000-dən çox binanı məhv edib, o cümlədən varlı insanların və məşhurların daşınmaz əmlaka sahib olduğu prestijli bölgələrdə– hazırkı ABŞ prezidenti Co Baydenin oğlu Hanter, habelə aktrisa və model Paris Hiltonun evləri tamamilə yanıb. Bundan əlavə, su təchizatı və energetika departamentinin rəhbəri Cenis Kinyonesin məlumatına görə, yanğınlar səbəbindən təxminən 366 min abonent işıqsız qalıb.
"Operativ Media" Los-Ancelesdəki dəhşətli yanğından görüntüləri təqdim edir: