Tesla-nın 2024-2025 Model 3 və Model S, 2023-2025 Model X və 2023-2025 Model Y avtomobillərinin bəziləri geri çağırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi açıqlama verib.
Sözügedən vasitələrdə kompüterin dövrə lövhəsinin qısaqapanmasının arxa görüntü kamerasının görüntüsünün itməsinə səbəb ola biləcəyinə diqqət çəkilərək, bunun sürücünün arxa görünüşünü azaldacağı və toqquşma riskini artıracağı vurğulanıb.
Həmçinin şirkət geri çağırılmadan təsirlənən potensial avtomobil sayının 239 min 382 olduğunu və Teslanın problemi həll etmək üçün uzaqdan edilə bilən proqram yeniləməsini pulsuz olaraq yayımladığını ifadə edib.
Açıqlamada, Tesla-nın elektron lövhəsində nasazlıq olan və ya ola biləcək bütün avtomobilləri də aşkarlayacağı və bu kompüterlərin pulsuz olaraq dəyişdiriləcəyi bildirilib.
Teqlər:
"Tesla AB\u015e-d\u0259 240 min avtomobilini geri \u00e7a\u011f\u0131r\u0131b"