Menyu

Zelenski: Ukraynanın arzusu bu il Rusiya ilə müharibəyə son qoymaqdır

Əsəd Abbaslı
Zelenski: Ukraynanın arzusu bu il Rusiya ilə müharibəyə son qoymaqdır

Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rusiya ilə müharibəyə son qoymaqdır. Bunun reallaşması üçün lazım olan hər şey ediləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “RaiNews24” telekanalına müsahibəsində bildirib.

Prezidentin fikrincə, Ukraynanın yenidən müharibəyə imkan verməyəcək təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.

Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukraynanın bu il müharibəni bitirmək üçün əlindən gələni edəcəyini deyib. Müharibəyə son qoymaq Rusiyanın deyil, Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.

Teqlər:

"Zelenski: Ukraynan\u0131n arzusu bu il Rusiya il\u0259 m\u00fcharib\u0259y\u0259 son qoymaqd\u0131r"

Əlaqəli Xəbərlər