Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb, azı 70 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Partlayış Ez-Zaher bölgəsinin Əl-Məcriş ərazisində dörd yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Yaralılar tibb müəssisələrinə yerləşdirilib.
Hadisə ilə əlaqədar Əs-Səura xəstəxanası çoxlu sayda yaralı olması səbəbindən yerli sakinləri qan verməyə çağırıb.
09:18
Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli səhiyyə rəsmiləri məlumat verib.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"Y\u0259m\u0259nd\u0259 g\u00fccl\u00fc partlay\u0131\u015f ba\u015f verib - YEN\u0130L\u018fN\u0130B"