Menyu

Rusiyada Pulkovo hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

Əsəd Abbaslı
Rusiyada Pulkovo hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

Sankt-Peterburqdakı Pulkovo hava limanı, qar yağışı səbəbindən müvəqqəti bağlandıqdan sonra, yenidən təyyarələrin qəbulu və buraxılışı üçün açılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.

"Bütün əməliyyatlar bərpa olunub. Uçuş-enmə zolağının sürtünmə əmsalı normal həddədir. Sankt-Peterburq hava limanı reyslərə xidmət göstərməyə başlayır", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti bağlanma zamanı Sankt-Peterburqa eniş etməli olan 33 təyyarə alternativ aerodromlara yönləndirilib.

11:14

Pulkovo hava limanı çətin hava şəraiti ilə əlaqədar təyyarələrin qəbulu və göndərilməsini dayandırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə hava limanının Telegram kanalında məlumat verilib.

“Pulkovo çətin hava şəraitində işləyir. Hazırda hava limanı uçuş-enmə zolağının qardan təmizlənməsi məqsədilə təyyarələrin qəbulu və göndərilməsini dayandırıb”, - deyə məlumatda bildirilir.

Teqlər:

"Rusiyada Pulkovo hava liman\u0131 f\u0259aliyy\u0259tini b\u0259rpa edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər