Menyu

Fransa Çaddakı daha bir hərbi bazasını tərk edib

Əziz Əzizli
Fransa Çaddakı daha bir hərbi bazasını tərk edib

Abeçe Hərbi Bazasında keçirilən təhvil-təslim mərasiminə bir çox Fransa və Çad rəsmiləri qatılıb.

"Operativ Media" xəbər verir ki, Abeçe qubernatoru Bachar Ali Souleymane mərasimdəki çıxışında, "Bu tarixi qərar Çadın müdafiə və təhlükəsizlik qüvvələrinə olan etibarımızın göstəricisidir" deyə bildirib.

Mərasimin ardından Fransa əsgərlərinin yerləşdiyi Abeçe Hərbi Bazasının Çad ordusuna təhvil verilməsi müqaviləsi tərəflər tərəfindən imzalanıb.

Bazada olan 120 fransız əsgərindən 90-ı ölkəni tərk etdiyi halda, qalan əsgərlərin yanvarın 31-dək ölkəni tərk etməsi planlaşdırılır.

Teqlər:

"Fransa \u00c7addak\u0131 daha bir h\u0259rbi bazas\u0131n\u0131 t\u0259rk edib"

Əlaqəli Xəbərlər