Menyu

Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib – YENİLƏNİB

Əsəd Abbaslı
Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib – YENİLƏNİB

Yaponiyanın üçüncü böyük adası olan Küsünün cənubundakı Miyadzaki prefekturasında baş verən 6,9 maqnitudalı zəlzələdən sonra elan edilmiş sunami xəbərdarlığı ləğv edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə seysmoloji xidmət funksiyalarını yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələdən sonra dalğa hündürlüyü 1 m-ə qədər ola biləcək sunami təhlükəsi elan edilib, reallıqda isə bu, əksər yerlərdə 20 sm olub. Yaponiya Baş nazirinin ofisində yeraltı təkanlarla bağlı böhran qərargahı fəaliyyətə başlayıb.

Yerli enerji şirkətinin məlumatına görə, zəlzələ zonasında yerləşən iki atom elektrik stansiyasında heç bir problem aşkarlanmayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bölgədə nəqliyyatın hərəkəti normaldır. Dəmir yolu xidməti də müvəqqəti bağlandıqdan sonra qrafikə uyğun işləyir.

17:10

Yaponiyanın Kyushu adasının cənub-şərq sahilləri yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, yeraltı təkanlar Osaka şəhəri də daxil olmaqla geniş ərazidə hiss olunub.

Baş Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21.19-da (Bakı vaxtı ilə 16:19) qeydə alınıb. 

Zəlzələdən sonra sunami xəbərdarlığı verilib.

Teqlər:

"Yaponiyada z\u0259lz\u0259l\u0259d\u0259n sonra sunami x\u0259b\u0259rdarl\u0131\u011f\u0131 l\u0259\u011fv edilib \u2013 YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər