Menyu

Zelenski Los-Ancelesdəki yanğınla bağlı yardım edə biləcəyini açıqlayıb

Əsəd Abbaslı
Zelenski  Los-Ancelesdəki yanğınla bağlı yardım edə biləcəyini açıqlayıb

Bu gün mən Ukraynanın daxili işlər nazirinə və diplomatlarımıza Kaliforniyadakı meşə yanğınları ilə mübarizədə xilasedicilərimizin mümkün iştirakına hazırlaşmağı tapşırdım. Orada vəziyyət son dərəcə ağırdır və ukraynalılar amerikalıların həyatını xilas etməyə kömək edə bilər.

"Operativ Media" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında bildirib.

“Hazırda bununla bağlı razılaşdırma aparılır və biz müvafiq kanallar vasitəsilə Amerika tərəfinə öz köməyimizi təklif etmişik. 150 yanğınsöndürənimiz artıq hazırdır”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, 7 yanvarda Los-Ancelesdə başlayan meşə yanğınları yaşayış evlərinə keçib, nəticədə minlərlə ev yanıb. Yanğın hələ də nəzarət altına alınmayıb.

Teqlər:

"Zelenski Los-Ancelesd\u0259ki yan\u011f\u0131nla ba\u011fl\u0131 yard\u0131m ed\u0259 bil\u0259c\u0259yini a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər