Menyu

Qrenlandiya Trampla dialoqa başlamaq istəyir

Əsəd Abbaslı
Qrenlandiya Trampla dialoqa başlamaq istəyir

Qrenlandiya hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əməkdaşlıq imkanları axtarır.

"Operativ Media" xəbər verir ki, bunu Qrenlandiyanın KNR televiziya və radio kanalı sitat gətirən adanın Nazirlər Kabinetinin sədri Myute Egede deyib.

Onun sözlərinə görə, hərbi münaqişənin olmaması vacibdir: “Mineral hasilatı üçün açıq qapılarımız var. Bu, növbəti illərdə də belə davam edəcək. ABŞ-la ticarət aparmalıyıq”.

O, həmçinin qeyd edib ki, Qrenlandiya dialoqa başlamaq istəyir və Trampla əməkdaşlıq imkanları axtarır.

Yanvarın 7-də ABŞ prezidenti vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq Donald Tramp bildirib ki, Qrenlandiya onu Çin və Rusiya təhdidlərindən qorumaq üçün ABŞ-nin bir hissəsi olmalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər