ABŞ-də meşə yanğınları nəticəsində iqtisadiyyata dəyən təxmini zərər açıqlanıb
Əziz Əzizli
ABŞ-də Los-Ancelesdə və ətrafında davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərin təxminləri 250-275 milyard dollar aralığına yüksəldilib.
"Operativ Media" xəbər verir ki, qlobal hava proqnozu xidməti olan “AccuWeather” ABŞ-da davam edən meşə yanğınlarının iqtisadi dəyəri ilə bağlı təxminlərini yeniləyib.
Müvafiq olaraq, davam edən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.
“AccuWeather” ilk dəfə keçən həftə yanğınların dəyərinin 52-57 milyard dollar arasında olacağını proqnozlaşdıran ilkin hesablamaları açıqlamışdı.
Yanğınlar davam etdikcə bu təxmin 135-150 milyard dollar arasında artırılmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net