Rusiya və Çin texnologiyaları olan avtomobillərin satışı qadağan edilib
Əsəd Abbaslı
ABŞ Ticarət Nazirliyi Rusiya və ya Çin texnologiyalarından istifadə edilərək istehsal edilmiş internet bağlantılı minik avtomobillərinin idxalını və satışını qadağan edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
“Ticarət Nazirliyi ÇXR və Rusiyadan internetə qoşulan avtomobillər üçün aparat və proqram sistemlərinin, həmçinin internetə qoşulan hazır nəqliyyat vasitələrinin satışı və idxalını yasaqlayan yekun qərar dərc edib”, – bəyanatda deyilib.
Teqlər:
"Rusiya v\u0259 \u00c7in texnologiyalar\u0131 olan avtomobill\u0259rin sat\u0131\u015f\u0131 qada\u011fan edilib"