Menyu

Polis ötən gün keçirdiyi əməliyyatlarda 10 kiloqramdan artıq narkotik vasitəni aşkar edərək götürüb

Nərmin Qocamanlı
Polis ötən gün keçirdiyi əməliyyatlarda 10 kiloqramdan artıq narkotik vasitəni aşkar edərək götürüb
1 dəq oxu

Polis əməkdaşlarının yanvarın 27-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 3,6 kiloqramdan çox marixuana olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər