Menyu

BMT ali komissarı Suriyaya qarşı sanksiyaların ləvğini tələb edəcək

Əsəd Abbaslı
BMT ali komissarı Suriyaya qarşı sanksiyaların ləvğini tələb edəcək

Hal-hazırda Dəməşqdə səfərdə olan BMT-nin insan haqları üzrə ali komissarı Volkner Türk bundan əvvəl Suriyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv olunmasını tələb edəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda “Al-Jazeera” telekanalı məlumat yayıb.

Ali komissar Suriya hökuməti yenidənqurma prosesinin çətinliklərinin öhdəsindən gələ bilsin deyə, Suriyaya qarşı sanksiyaların ləğv olunmasını qətiyyətli şəkildə tələb edəcəyini deyib.

Qeyd edək ki, bu gün Birləşmiş Millətlər Təşkilatının Ali Komissarı Suriya hakimiyyətinin yeni lideri Əhməd Əş-Şara ilə görüş keçirib.

Görüşdən sonra keçirdiyi mətbuat konfransında Volkner Türk, Suriyada keçid dövründə insan haqları və ədalət sahəsində bir sıra çağırışların olduğunu diqqətə çatdırıb.

“Suriyalıların ölkənin bərpası üçün bütün mümkün yardımlara ehtiyacı var”, - deyə o əlavə edib.

Teqlər:

"BMT ali komissar\u0131 Suriyaya qar\u015f\u0131 sanksiyalar\u0131n l\u0259v\u011fini t\u0259l\u0259b ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər