Menyu

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Əsəd Abbaslı
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
1 dəq oxu

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsinin sənədində qeyd edilib.

Məlumata əsasən, 16 şəxs Rusiya ilə əlaqədə olduğu iddiası ilə məhdudiyyətlərə məruz qalıb.

Onların arasında Çin, Rusiya, Türkiyə və Almaniya vətəndaşlarının olduğu bildirilib.

Sanksiyalara Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti, Rusiya, Böyük Britaniya, Qırğızıstan, Çin, BƏƏ və Türkiyədən şirkətləri də daxildir.

Əlaqəli Xəbərlər