Ana səhifə / Dünya / İsrail Təhlükəsizlik Kabineti toplanacaq İsrail Təhlükəsizlik Kabineti toplanacaq 15.01.2025, 21:49 Əsəd Abbaslı İsrail Təhlükəsizlik Kabineti Qəzza razılaşmasını təsdiqləmək üçün toplanacaq. Bu barədə "Operativ Media" İsrailin "Kan" dövlət teleradio şirkətinə istinadən xəbər verir. Qeyd edilir ki, kabinetin toplantısı yanvarın 16-da səhər saatlarında baş tutacaq. Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb. Teqlər: "\u0130srail T\u0259hl\u00fck\u0259sizlik Kabineti toplanacaq"