Menyu

Qəzzada atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək

Əsəd Abbaslı
Qəzzada atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək

Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

O HƏMAS və İsrailin Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib.

Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.

Teqlər:

"Q\u0259zzada at\u0259\u015fk\u0259s raz\u0131la\u015fmas\u0131 yanvar\u0131n 19-da q\u00fcvv\u0259y\u0259 min\u0259c\u0259k"

Əlaqəli Xəbərlər