28 Yanvar 2023, 11:49
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıb
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıb şəkil
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıb

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Hümbətov saxlanılıb. 

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi ilə birgə Nərimanov rayonu ərazisində digər bir qadının çantasından içərisində pul, sənəd və bank kartı olan cüzdanını, hesabından isə 312 manatını çıxararaq oğurlaması da müəyyən olunub. 

Bundan başqa Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən idarələrdən birinin anbarından 2158 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.  

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Rəşad Adıgözəlov və əvvəllər məhkum olunmuş Zaur Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlə araşdırma aparılır.


.

Son xəbərlər
“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb
Qeyri-sabit hava şəraiti fevralın 10-a kimi davam edəcək
Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Albaniya Prezidenti Azərbaycana səfər edəcək
Sabunçuda ev yanıb
AFFA bəzi liqaların oyunlarını təxirə saldı - SƏBƏB
Buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb
Bakıda iki böyük park istifadəyə veriləcək