Menyu

Slovakiyada şagird bıçaqla gimnaziyaya hücum edib

Nərmin Qocamanlı
Slovakiyada şagird bıçaqla gimnaziyaya hücum edib

 Slovakiyada gimnaziyaya bir şagirdin bıçaqla hücumu nəticəsində iki nəfər ölüb, insident nəticəsində yaralananlar da var.

"Operativ Media" xəbər verir ki, bu barədə Slovakiyanın TA3 telekanalı məlumat yayıb.

“Hazırda təsdiqlənən məlumatlara görə, insident nəticəsində azı iki nəfər ölüb, bir nəfərin vəziyyəti ağırdır, digər yaralıların sayı hələ ki, məlum deyil”, - telekanal bildirib.

KİV-in məlumatına görə, fövqəladə hadisə Slovakiyanın Spisska Stara Ves şəhərində baş verib.

Teqlər:

"Slovakiyada \u015fagird b\u0131\u00e7aqla gimnaziyaya h\u00fccum edib"

Əlaqəli Xəbərlər