
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.
"Operativ Media" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən 15-ə qaldırılıb.
Kollegiyanın yeni tərkibi aşağıdakı kimi təsdiq edilib: Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji siyasət şöbəsinin müdiri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Hüquq və insan resursları şöbəsinin müdiri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi.