Digah və Mehdiabadın bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb
Nərmin Qocamanlı
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma