Nərimanovda restoranların birində əcnəbi vətəndaşın cüzdanı oğurlanıb

Nərmin Qocamanlı
Nərimanovda restoranların birində əcnəbi vətəndaşın cüzdanı oğurlanıb

Nərimanov rayonu ərazisində yerləşən restoranların birində əcnəbi vətəndaşın içərisində 160 manat, 500 türk lirəsi, 950 ABŞ dolları, 55 avro və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Saatlı rayon sakini Elbrus Novruzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər