Menyu

Nakotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Nərmin Qocamanlı
Nakotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Yanvarın 28-də saat 23 radələrində Şəmkir rayonu ərazisində yerləşən Yol Patrul Xidməti Alayının postunda Gəncə şəhər sakini Murad İbrahimovun idarə etdiyi “Toyota” markalı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub.

M.İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib. 

Şəmkir rayon məhkəməsinin qərarı ilə o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətinə inzibati qaydada həbs olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər