Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Nərmin Qocamanlı
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Qusar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti  qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin  əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

Z.Vəlimətovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Digər xəbərlər