Menyu

ƏƏSMN: Ötən il Azərbaycanda 215 uşaq övladlığa götürülüb

Nərmin Qocamanlı
ƏƏSMN: Ötən il Azərbaycanda 215 uşaq övladlığa götürülüb

Keçən il 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır. Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-i oğlandır.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1 337 monitorinq aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər