Menyu

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb

Redaksiya
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, əməliyyat zamanı həmin qəsəbədə yaşayan İlqar Niyazov, Faiq Qeybullayev, Azər Məmmədov, Niyazi Kazımov və Sevindik Kərimov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər  Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər
 Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.    

Teqlər:

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər