Menyu

Sabahın hava proqnozu açıqlanıb

Nərmin Qocamanlı
Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər