Sabahdan 3 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Nərmin Qocamanlı
Sabah saat 08:00-dan 18:00-dək Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən qorunan dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə "Operativ Media"ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilərək müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net