01 Mart 2025, 11:04
İlham ƏIiyev “Barselona”nın prezidentini qəbul edib
Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib
İlham ƏIiyev “Barselona”nın prezidentini qəbul edib şəkil
İlham ƏIiyev “Barselona”nın prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib. 

Operativ Media xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı. 

Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunuldu, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olundu. 

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb