Menyu

Lerik və Yardımlıda zəlzələ olub - YENİLƏNİB

Əsəd Abbaslı 456 baxış
Lerik və Yardımlıda zəlzələ olub - YENİLƏNİB

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Operativ Media-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. ”, – Mərkəzin məlumatında bildirilib.

Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

07:18

İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "Operativ Media" Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 15 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınmışdır”, – Mərkəzin məlumatında diqqətə çatdırılıb.

Yerli vaxtla 04:01-də qeydə alınmış yeraltı təkanların ocağı 43 km dərinlikdə yerləşib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər