Menyu

Hikmət Hacıyev: 12-ci Qlobal Bakı Forumu uğurla yekunlaşıb

Əsəd Abbaslı
Hikmət Hacıyev:  12-ci Qlobal Bakı Forumu uğurla yekunlaşıb

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 12-ci Qlobal Bakı Forumu uğurla yekunlaşıb".

Operativ Media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında belə yazıb.

O bildirib ki, Qlobal Bakı Forumu "özünü əsas qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli beynəlxalq platforma" kimi təsdiq edib.

Azərbaycan Prezidentinin köməkçisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək faəliyyətində uğurlar arzulayıb: "Bu münasibətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradova, o cümlədən bütün komandaya və könüllülərə ürəkdən təbriklərimi çatdırıram. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəz onun humanizm fəlsəfəsini təcəssüm etdirir.

Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər