Menyu

İlham Əliyev Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Nərmin Qocamanlı
İlham Əliyev Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında parlamentlərarası əlaqələr, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Valentina Matviyenko Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığını çatdıraraq, bu məsələnin Rusiyanın istintaq orqanları tərəfindən araşdırıldığını və ona obyektiv qiymət veriləcəyini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında parlamentlərarası təmasların davam etdirilməsinə dair fikir mübadiləsi aparıldı.

***
11:04

Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Operativ Media  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər