17 Mart 2025, 15:32
Prezident Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədri Zukan Helezi müavinini qəbul edib
Prezident  Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - YENİLƏNİB şəkil
Prezident Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.

Operativ Media xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, ölkələrimizin Müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulandı.

Qonaq Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini qeyd etdi.

Zukan Helez ölkəmizin Bosniya və Herseqovinada müxtəlif sahələrdə təmsil olunmasının önəmini diqqətə çatdırdı və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını dedi.

Bosniya və Herseqovinaya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyyanamənin imzalandığını qeyd etdi və Azərbaycanın bu sənədin tələblərindən irəli gələn bütün işləri görməyə, əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu vurğuladı.

Görüşdə əməkdaşlığımızın pesrpektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıldı.

***

11:24

Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.

Operativ Media  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb