20 Mart 2025, 19:18
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB
Şavkat Mirziyoyev və İlham Əliyev telefon danışığı aparıb.
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB şəkil
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq və xoşbəxtlik arzulayıb.

Təbrikə görə təşəkkürünü bildirən dövlətimizin başçısı da öz növbəsində Özbəkistan Prezidentinə və qardaş özbək xalqına ortaq mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təcəssümü olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, ruzi-bərəkət və firavanlıq arzu edib.

Telefon söhbəti zamanı qardaş xalqlarımızın iradəsindən irəli gələn Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən, dövlət başçıları tərəfindən qarşıya qoyulan tapşırıqların ardıcıl surətdə icrasından və əməkdaşlığımızın gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsindən məmnunluq ifadə olunub. Bu xüsusda ticarət dövriyyəsinin artması, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələr qeyd edilib.

Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

***

17:56

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.


 

Son xəbərlər
Şamaxıda mikroavtobus qəzaya uğrayıb
Ərdoğan gələn ay Azərbaycana gələcək
Litva Rusiyaya nota verib
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub