23 Mart 2025, 15:51
Paşinyan Gürcüstanda səfərdədir
Ermənistan və Gürcüstan Baş nazirləri görüşüblər.

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri öz "X" hesabında paylaşım edib.
Səfər çərçivəsində Paşinyan və İrakli Kobaxidze arasında görüş olub.
Onlar UEFA Millətlər Liqası çərçivəsində Gürcüstan və Ermənistan milli futbol komandaları arasında keçiriləcək oyunu izləyəcəklər.
"Mən erməni həmkarımla birlikdə milli komandalarımız arasında keçiriləcək bugünkü futbol oyununu izləməyi səbirsizliklə gözləyirəm. Arzumuz həm idmanı, həm də insanlar arasında münasibətləri təbliğ etməkdir", - Kobaxidze bildirib.